Noyabrın 23-də Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinifləri üzrə monitorinq təşkil edilib.
Şəki -Zaqatala Regional Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.
Monitorinq Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib.
Təhsilalanlara Azərbaycan dili üzrə 30, riyaziyyat fənni üzrə 30, xarici dil üzrə isə 30 sual təqdim olunub .Sualların cavablandırılması üçün 180 dəqiqə vaxt verilib.
Qeyd edək ki, monitorinqlər bitdikdən sonra nəticələr bal və məzmun təhlili formasında təhsil müəssisələrinə təqdim olunacaq.