Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev şimal-qərb bölgəsinə səfəri çərçivəsində Şəki rayonunun bir sıra məktəblərində olub.
Şəki şəhəri 11 nömrəli və Baltalı kənd tam orta məktəblərinin şagird-müəllim kollektivi ilə görüşən elm və təhsil naziri tədris prosesini izləyib, məktəbdə yaradılmış şəraitlə tanış olub.
Valideynlərlə də görüşən nazir onların təkliflərini dinləyib.