Noyabrın 30-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova Zaqatala şəhərində Balakən və Zaqatala rayon rayon sakinlərini qəbul edib.
Zəfər Murtuzəliyev adına Zaqatala şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən qəbulda müraciətlər daha çox işlə təmin olunma və digər mövzulara bağlı olub. Vətəndaşların etdikləri müraciət, şikayət və təkliflər qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.
Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə aid olan rayonlar üzrə vətəndaşlarla görüşlər davamlı olaraq keçiriləcək.