22.11.2023

Dünya Robot Olimpiadasında ikinci yeri tutmuş şagirdlərlə görüş keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Dünya Robot Olimpiadasında “Future İnnovators – Junior” kateqoriyası üzrə ikinci yeri tutmuş Zaqatala şəhər akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Hacı Hacıyevi və Zaqatala rayon Əliabad qəsəbə 4 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əlibali Əlibəyovla görüşüb.

Görüşdə şagirdləri təbrik edən idarə müdiri onlara gələcək təhsilində uğurlar arzulayıb. Sonda şagirdlərə fəxri fərman və hədiyyələr təqdim edib.

Qeyd edək ki, noyabrın 7-dən 9-dək Gənclər və İdman Nazirliyinin dəstəyi, AREA-nın təşkilatçılığı ilə Azərbaycan komandası Panamada keçirilən Dünya Robot Olimpiadasında iştirak edib. 5 qitədən, 84 ölkənin 450 komandasının qatıldığı dünyanın ən böyük Robot Olimpiadasında Azərbaycan 8 komanda ilə mübarizə aparıb.