17.11.2023

Uşaq İncəsənət Festivalına (UİF) yekun vurulub

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına (UİF) yekun vurulub.

Noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Fərdi və kollektiv nominasiya üzrə ümumilikdə 408 nəfər qalib olub.

Fərdi nominasiya üzrə 197 nəfər qalib adını qazanıb. Bunlardan 83 iştirakçı I (43 nəfər peşəkar, 40 nəfər həvəskar), 61 iştirakçı II (33 nəfər peşəkar, 28 nəfər həvəskar), 53 nəfər (22 nəfər peşəkar, 31 nəfər həvəskar) isə III yerə layiq görülüb.

Kollektiv nominasiya üzrə ümumilikdə 15 kollektiv qalib olub. Onlardan 7-si I, 5-i II, 3-ü isə III yeri qazanıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən Balakən rayonu üzrə 5, Qax rayonu üzrə 1, Oğuz rayonu üzrə 1, Şəki rayonu üzrə 7, Zaqatala rayonu üzrə 2 ,ümumilikdə isə 16 şagird Fərdi kateqoriyada Xalq çalğı alətləri, Aşıq sənəti, Solo milli rəqs, Hekayəçilik, Dekorativ - tətbiqi sənət və Rəssamlıq-İncəsənət nominasiyaları üzrə qalib olmuşdur.

Şəki şəhər 3 nömrəli musiqi məktəbinin "Sülh göyərçinləriyik" xor kollektivi Xor nominasiyası üzrə II yerin qalibi olmuşdur.

Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.


Açar sözlər: ,