20.11.2023

13 komandamız Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün finalına vəsiqə qazanıblar

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərindən ibarət 13 komanda Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün seçim turunda müxtəlif kateqoriyalar üzrə uğur qazanaraq final mərhələsində iştirak hüququ qazanıblar.

Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün final mərhələsi 4-8 dekabr tarixlərində keçiriləcək. SAF-ın əsas məqsədi müxtəlif ideyaları reallaşdırmaq, müxtəlif həll yollarını araşdırmaq, istedadlı tələbələri üzə çıxarmaq və tələbələr arasında yeni əməkdaşlıqlara şərait yaratmaqdır.

Final mərhələsində iştirak edəcək müəllim və şagirdlərimizə uğurlar arzulayırıq!


Açar sözlər: ,