08.11.2023

"Zəfər" elm olimpiadasının qalibləri bəlli olub

Şəki -Zaqatala Regional Təhsil İdarəsi tərəfindən keçirilən "Zəfər" elm olimpiadasının qalibləri bəlli olub.

Olimpiadanın nəticələrinə əsasən, mərkəzləşmiş qaydada təşkil olunan zona turunda iştirak etmiş 867 şagirddən 41 nəfər I, 49 nəfər II, 53 nəfər isə III yerin qalibi olub.

Zona turunun nəticələrinə əsasən, şagirdlər diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.

Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd müzəffər Ordumuzun dövlətçilik tariximizdə mühüm əhəmiyyət daşıyan Vətən müharibəsində qazandığı şanlı Zəfəri əbədiləşdirmək, eyni zamanda, yaradıcı təfəkkürü ilə fərqlənən, istedadlı şagirdlərin aşkara çıxarılması və regionda fənn olimpiadalarına marağın artırılmasından ibarətdir.


Açar sözlər: