07.11.2023

Zəfər Gününə həsr olunan tədbir keçirilib

Noyabrın 7-də Şəki -Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Şəki şəhər 7 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri,  təhsil işçiləri, şəhid ailələri, qazilər, müharibə veteranları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər, xatirələrini ehtiramla anıblar.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əbədi xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra 44 günlük Zəfər tariximizi əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözləri ilə açan təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev tədbir iştirakçılarını qarşıdan gələn 8 noyabr-Zəfər Günü münasibətilə təbrik edib.

B.Mehdiyev Vətən müharibəsində qazanılan qələbənin ölkəmizin tarixində ən şərəfli, ən əlamətdar gün olduğunu və böyük Zəfərin xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təntənəsi olduğunu bildirib.

Digər çıxış edənlər 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasını müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu bildiriblər.

Daha sonra çıxış edən şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan danışıblar, həmçinin Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin tariximizin ən parlaq səhifəsi və eyni zamanda Azərbaycan xalqının iftixar və qürur mənbəyi olduğunu vurğulayıblar.

Tədbir şagirdlərin ifasında şanlı zəfərimizdən bəhs edən ədəbi-bədii kompozisiyalarla davam edib.


Açar sözlər: ,  ,  ,