07.11.2023

Şəkidə qızlar arasında voleybol yarışı keçirilib

Şəki şəhər 8 nömrəli tam orta məktəbin idman zalında rayon ümumtəhsil məktəblərinin qızlarından ibarət komandaları arasında Zəfər Gününə həsr olunmuş voleybol yarışı keçirilib.

Final oyunlarının nəticəsinə əsasən, Şəki şəhər 8 nömrəli tam orta məktəbin komandası I yerə, Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyin komandası II yerə, şəhər 20 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, yarış keçirilməsində əsas məqsəd Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin yad edilməsi, şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.


Açar sözlər: