03.11.2023

“Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib

Noyabrın 4-də Oğuz rayonu üzrə təhsil sektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Oğuz rayon Komitəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayonu üzrə təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Azad Həmkarlar İttifaqının Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov, təhsil sektorunun əməkdaşları, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər, xatirələrini ehtiramla anıblar.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rayon təhsil sektorunun inzibati binasında təşkil olunmuş tədbirdə çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbədən, rəşadətli Ordumuzun uğurlu döyüş əməliyyatlarından, gənc nəslin vətənpərvərliyindən və qəhrəmanlıqlarından danışıblar.

Tədbirin sonunda şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim olunub.


Açar sözlər: