Noyabrın 4-də Bakı şəhərində “Nə, Harada, Nə zaman?” İntellektual oyununun Respublika Kuboku keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil Oyunları Platformasının birgə təşkil etdiyi 42 komandanın qatıldığı intellektual bilik yarışının nəticəsinə əsasən, Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin "Kvebek" komandası II yerə, Oğuz şəhər N.İbrahimli adına 3 nömrəli tam orta məktəb-liseyin VI-IX sinif şagirdlərindən ibarət "Turan" komandası III yerə, Şəki şəhər 18 nömrəli tam orta məktəbin X-XI sinif şagirdlərindən ibarət "Çələbixan" komandası isə IV yerə layiq görülüb.
Qeyd edək ki, “Nə, Harada, Nə zaman?” İntellektual bilik yarışında II yerə layiq görülmüş Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin "Kvebek" komandası "Xəmsə" yarışının final mərhələsində də III yerə layiq görülüb.