06.11.2023

“Zəfər günü tarixin qürur yeri” adlı tədbir keçirilib

Zaqatala şəhər “Tumurcuq” uşaq bağçasında 8 noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti “Zəfər günü tarixin qürur yeri” adlı tədbir keçirilib.

Rayon tədbirdə rayon təhsil sektorunun müdir Kəmalə Əhmədova, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, II Qarabağ müharibəsinin qaziləri və iştirakçıları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra balaca fidanlar tərəfindən ədəbi bədii kompozisiya təqdim edilib.