06.11.2023

8 Noyabr “Zəfər günü” nə həsr olunmuş mini futbol idman növü üzrə turnir keçirilib

Oğuz Rayon Olimpiya İdman Kompleksində rayon ümumtəhsil məktəblərinin 2010-2011-ci il təvəllüdlü oğlanlardan ibarət komandaları arasında 8 Noyabr “Zəfər günü” nə həsr olunmuş mini futbol idman növü üzrə turnir keçirilib.

Keçirilən yarışda Oğuz rayonu üzrə təhsil sektoru,YAP Oğuz rayon təşkilatının, Gənclər və İdman İdarəsi Oğuz rayon sektorunun nümayəndələri, müəllim və şagirdlər iştirak etmişdir.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

12 komandanın mübarizə apardığı yarışın nəticəsinə əsasən, Oğuz şəhər Həbib Babayev adına şəhər bir nömrəli tam orta məktəbin komandası I, Nail İbrahimli adına şəhər 3 nömrəli məktəb-liseyin komandası II, Mehdi Kərimov adına Bayan kənd tam orta məktəbin komandası III yerə layiq görülmüşdür.

Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: ,