06.11.2023

“Zəfər” elm olimpiadasının final mərhələsi keçirilib 

Noyabrın 6-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə təşkil olunan “Zəfər” elm olimpiadasının zona mərhələsi keçirilib.   

Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadanın yekun mərhələsində 867 məktəbli biliyini sınayıb. Rayon-şəhər mərhələsində olduğu kimi, finalda da şagirdlərə 25 sualdan ibarət test tapşırığı təqdim edilib. Test suallarının cavablandırılması üçün isə 90 dəqiqə vaxt ayrılıb. Olimpiadanın qaliblərinin adları yaxın günlərdə müəyyən olunacaq.

Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd müzəffər Ordumuzun dövlətçilik tariximizdə mühüm əhəmiyyət daşıyan Vətən müharibəsində qazandığı şanlı Zəfəri əbədiləşdirmək, eyni zamanda, yaradıcı təfəkkürü ilə fərqlənən, istedadlı şagirdlərin aşkara çıxarılması və regionda fənn olimpiadalarına marağın artırılmasından ibarətdir.


Açar sözlər: ,