Şəki rayonu üzrə təhsil sektorunun təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin təşəbbüsü ilə ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və 8 Noyabr Zəfər Gününə həsr edilmiş intellektual yarış keçirilib.
Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilmiş, daha sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
19 komandanın qatıldığı bilik yarışmasının nəticəsinə əsasən şəhər 18 nömrəli tam orta məktəbin “çələbixan” komandası I yer, Şəki şəhər Kimya-biologiya təmayüllü liseyinin "Kvebek" komandası II yer, Şəki rayon Cəfərabad kənd tam orta məktəbin “Carpe Diem” komandası isə III yerə layiq görülüb.
İntellektual bilik yarışının qalibləri Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsi tərəfində mükafatlanıb.