03.11.2023

Məktəb psixoloqları üçün seminar keçirilib

Balakən rayonu üzrə təhsil sektorunda məktəb psixoloqları üçün seminar keçirilib.

Seminarda rayon təhsil sektoru və Balakən Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının əməkdaşları, məktəb psixoloqları iştirak edib.

Seminarda psixoloji xidmətin təşkili üçün sənədlər toplusunun hazırlanması, psixoloji işin düzgün qurulması, psixoloqların məktəb mühitini düzgün analiz etmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunması məsələləri müzakirə edilib. Psixoloqun fəaliyyət istiqamətləri, şagirdlərlə inkişafetdirici işin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb.

Sonda  qrup işi aparılıb, məktəb psixoloqlarının təqdimatları dinlənilib.

Qeyd edək ki, təşkil edilmiş seminarın əsas məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir.

 


Açar sözlər: