03.11.2023

“Tarixi Zəfərimiz” adlı məktəblilərarsı intellektual yarış keçirilib

Qəbələ rayon üzrə təhsil sektorunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdlərindən ibarət komandalar arasında ilə “8 Noyabr – Zəfər Günü”nə həsr edilmiş “Tarixi Zəfərimiz” adlı məktəblilərarsı intellektual yarış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilmiş, daha sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Bilik yarışmasında ümumilikdə 8  komanda olmaqla 40 nəfər məktəbli iştirak edib. I mərhələdən ibarət yarışda komandalar üçün 24 sual səsləndirilib.

Gərgin mübarizə şəraitində keçən yarışmanın nəticəsinə əsasən Həmzəlli kənd tam orta məktəbin “Şanlı tarix” komandası I yer, N.Apayev adına şəhər 4 nömrəli tam orta  məktəbin “Spartalılar” komandası II yer, Ş.Bulqədirov adına şəhər 5 nömrəli tam orta məktəbin “Dəmir yumruq”  komandası isə III yer tutub.

İntellektual bilik yarışının qalibləri Qəbələ rayon üzrə təhsil sektorunun “Fəxri Fərman”ı ilə təltif olunub.


Açar sözlər: ,