“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qarşıya qoyulmuş Strateji planlaşma ilə bağlı görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşları Xuraman Mahmudova və İlhamə Qasımzadə, Şəki -Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Şəki -Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında təşkil olunmuş görüşdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda hədəf kimi qarşıya qoyulan ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və müvafiq istiqamətlərdə tədbirlərin həyata keçirilməsi baxımından məqsədyönlü fəaliyyətlərin icrası, həmçinin yeni dövrün çağırışlarından irəli gələn tələblərin yerinə yetirilməsi və digər yeniliklərlə bağlı müzakirələr aparılıb.