Oktyabrın 29-da Elm və Təhsil nazirliyinin dəstəyi, “Kapitalbank”, “Təhsil Oyunlar Platforması” və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə Qəbələ şəhər açıq kuboku keçirilib.
İntellektual yarışda Qəbələ, Oğuz, Şəki, Zaqatala və İsmayıllı rayonlarının VI-XI siniflərdə təhsil alan şagirdlərən ibarət 26 komanda iştirak edib.
Maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə, Şəkini təmsil edən, şəhər 18 nömrəli tam orta məktəbin “Çələbixan” komandası qələbə qazanaraq final oyununa vəsiqəni təmin edib.
İkinci yeri Qəbələ rayon Hohurqışlaq kənd tam orta məktəbinin “Avengers” komandası, üçüncü yeri isə Şəki kimya-biologiya təmayüllü respublika liseyin “Kvebek” komandası tutub.
Qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.