Şəki rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəb şagirdlərinin iştirakı ilə “Beynəlxalq Məktəb Kitabxanaları Günü” münasibətilə tədbir keçirilib.
Şəki şəhər 10 nömrəli tam orta məktəbin akt zalında təşkil olunan tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki rayonu üzrə təhsil sektorunun əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə diqqətinin artırılması, şagirdlərdə oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaq olub.
Tədbirdə çıxış edənlər bu günün əhəmiyyətinə diqqət çəkərək, kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Sonda şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.