Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki 17 ümumtəhsil məktəbində 4379 şagird STEAM layihəsinə cəlb edilib.
STEAM layihəsinin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.
Layihə çərçivəsində Qəbələ rayonu üzrə 567, Oğuz rayonu üzrə 247, Qax rayonu üzrə 493, Zaqatala rayonu üzrə 615, Balakən rayonu üzrə 1486, Şəki şəhəri üzrə isə 1061 şagird STEAM layihəsinə cəlb edilib.