23.10.2023

10 şagird inklüziv təhsilə cəlb edilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 2 ümumi təhsil müəssisəsində (Şəki şəhər 12 və Qəbələ rayon 3 nömrəli tam orta məktəblər) inklüziv siniflər fəaliyyət göstərir. Hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 2 təhsil müəssisəsində 10 sağlamlıq imkanı məhdud şagird inklüziv təhsilə cəlb edilib.

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.


Açar sözlər: ,