Şəki-Zaqatala Regional Təhsil İdarəsi "Azərbaycanda inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi’’ layihəsi çərçivəsində Şəki şəhər 12 nömrəli tam orta məktəbdə təşkil edilmiş inklüziv siniflərə Korreksiyaedici pedaqoq (İnklüziv təhsil üzrə məsləhətçi) vəzifəsinə işə qəbul elan edir.
İşçiyə verilən tələblər:
-İxtisas üzrə ali təhsil (Defektolog və Korreksiyaedici pedaqoq):
-Vəzifə üzrə ən azı 1 il iş təcrübəsi; (Arzuolunandır)
İnklüziv təhsil sahəsində biliklərinin olması;
-Emosional davamlılıq
Müraciət etmək istəyən namizədlər şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil haqqında sənədin surəti və CV formasını 27.10.2023-cü il tarixədək birbaşa Şəki-Zaqatala Regional Təhsil İdarəsinə yaxınlaşaraq təqdim edə və ya info@shaki.edu.gov.az elektron poçt ünvanına skan olunmuş formada göndərə bilərlər. Səndələri göndərərkən mövzu yerinə “Korreksiyaedici pedaqoq” yazmaq tövsiyə olunur.
Əlaqə tel: (050) 768-54-94