Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında bir qrup məktəb direktoru ilə görüş keçirilib.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri, idarənin müdir müavini, İnzibati təşkilat, Tədrisin keyfiyyəti, rayon təhsil sektor müdirləri və bir qrup məktəb direktorları iştirak ediblər.
Keçirilən görüşdə tədrisin keyfiyyəti, məktəb sənədləri, qarşıda duran hədəflər müzakirə olunub, habelə müvafiq məsələlər barədə məktəb rəhbərlərinə müəyyən tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, qrup şəkilində növbəti görüşlər mütəmadi davam edəcək.