04.10.2023

Müəllimlər arasında minifutbol turniri keçirilib

Zaqatala rayonu üzrə təhsil sektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Zaqatala rayon komitəsi tərəfindən Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar rayon ümumi təhsil müəssisələrində işləyən kişi müəllimləri arasında şəhidlərin xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib.

Turnirin nəticəsinə əsasən, l yerə Vətən Müharibəsi Qəhrəmanı Mayor Şıxamil Qaflanov adına komanda, ll yerə Vətən Müharibəsi Qəhrəmanı kapitan İsmayıl Səmədov adına komanda, lll yerə Vətən Müharibəsi Qəhrəmanı baş leytenant Valeh Bədəlov adına komanda layiq görülüb.

Qalib komandalar kubok, medal, fəxri fərman və digər qiymətli hədiyyələrlə təltif olunub.


Açar sözlər: ,