Şəki -Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında təşkil olunmuş görüşdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, İnzibati təşkilat sektorunun müdiri Alqış Həsrətov və rayon təhsil sektorlarında çalışan metodistlər iştirak ediblər.
Görüşdə 2023-2024-cü tədris ilində qarşıda duran hədəflər, illik tədris planlarının tərtib edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə dərs dinləmələrin aparılması, metodik işin səmərəli təşkili, tədris prosesində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi və digər müvafiq məsələlərlə bağlı tövsiyələr verilib.