10.10.2023

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilir

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan və cari il üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində uğur qazanan namizədlərlə müsahibə mərhələsinin keçirilməsinə davam edir.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Xatırladaq ki, müsahibə zamanı müəllimlər proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünütəqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə müvafiq komissiya tərəfindən qiymətləndiriləcəklər.

Müsahibələrdə iştirak edən müəllimlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,