04.10.2023

Məşqçi-müəllim vəzifəsinə işə qəbul

Şəki -Zaqatala Regional Təhsil İdarəsi Qəbələ rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə idmanın şahmat növü üzrə məşqçi-müəllim, Zaqatala rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə idmanın şahmat və futbol növləri üzrə məşqçi-müəllim vəzifələrinə işə qəbul elan edir.

Məşqçi-müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər oktyabrın 4-dən etibarən aşağıdakı keçid linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Sənəd qəbulu prosesi oktyabrın 15-də başa çatacaq.

Qeyd edək ki, məşqçi-müəllimlərin işə qəbulu ilə bağlı sənəd qəbulu prosesində ali və ya orta ixtisas məktəbinin fiziki tərbiyə ixtisası üzrə bitirmiş, müvafiq idman növləri üzrə xüsusi məşqçilik kursları keçmiş, idmanın həmin növü üzrə dərəcəsi olan səriştəli və peşəkarlığını təsdiq edən (diplom, sertifikat və..s) sənədlərə malik təcrübəli mütəxəssislər iştirak edə bilərlər.

Sənədlərin yoxlanılması prosesi bitdikdən sonra həmin namizədlərlə müsahibə mərhələsinin təşkili nəzərdə tutulur.

Keçid linki: https://forms.gle/jQETKMzWuhRykbNS9


Açar sözlər: ,