30.09.2023

“Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib

Sentyabrın 30-da Şəki şəhər 12 nömrəli tam orta məktəbdə təşkil olunmuş seçim turunda Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təhsil alan 200 nəfər XI sinif şagirdi iştirak edib.

Qeyd edək ki, müsabiqənin yekununda ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin 17-ci mövsümünün çəkilişlərində iştirak etmək hüququ qazanacaq.


Açar sözlər: ,