27.09.2023

Şəhidlər xiyabanı ziyarət edilib

Sentyabrın 27-də Şəki -Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi və kollektivi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Şəki rayonunun Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhidlik zirvəsinə ucalan Şəhidlərinin məzarlarını ziyarət ediblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.