Şəki şəhər 10 nömrəli tam orta məktəbin akt zalında Şəki rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktor müavinləri ilə görüş keçirilib.
Görüşdən rayon təhsil sektorunun müdiri Zamik Cəbiyev, sektorun əməkdaşları və direktor müavinləri iştirak ediblər.
Görüşdə metodiki işin məktəblərdə təşkili, qiymətləndirmələrin aparılması, 9 və 11- ci siniflərdə buraxılış imtahanlarına hazırlıq və monitorinqlərin və digər məsələlər müzakirə olunub.
Sonda məktəb direktor müavinlərini maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.