26.09.2023

Anım Gününə həsr olunan voleybol yarışı keçirilib

Oğuz rayon məktəbliləri arasında "27 Sentyabr-Anım Günü"nə həsr olunan voleybol yarışı keçirilib.

Yarışda H.Babayev adına şəhər 1 nömrəli, Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-lisey, Bucaq kənd ümumi orta, Bayan kənd tam orta məktəbi, İ.Rəhimov adına Qumlaq kənd tam orta məktəbi və Qarabulaq kənd tam orta məktəbinin təmsil olunduğu altı komanda mübarizə aparıb.

Yarışın yekun nəticəsinə əsasən, I yerə H.Babayev adına Oğuz şəhər 1 nömrəli tam orta məktəbin, II yerə Oğuz rayon Qarabulaq kənd tam orta məktəbin, III yerə Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseyin komandası layiq görülüb.


Açar sözlər: ,