Sentyabrın 16-da Qax şəhər Vaqif Əliyev adına 3 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş məktəbin açılış mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Elm və Təhsil Nazirliyinin nümayəndəsi İlahə Rəsulova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, yerli rayon təhsil sektorunun əməkdaşları, həmçinin məktəbin kollektivi iştirak ediblər.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.
İlk öncə tədbirdə çıxış edən Rayon İcra Hakimiyətinin başçısı Musa Şəkiliyev yeni tikilmiş məktəb binası və dərs ilinin başlanması münasibətilə hərkəsi təbrik edib və təhsil işçilərinə uğurlar arzulayıb. Daha sonra son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən bəhs edib.
Tədbirdə çıxış edərək Elm və Təhsil nazirliyinin ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin sektor müdiri İlahə Rəsulova tədbir iştirakçılarını ”Bilik“ günü münasibətilə təbrik edib. Qeyd edibki, təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi- texniki bazası daha da möhkəmləndirilib. Daha sonra təhsildə qazanılan uğurları və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Açılışdan sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, məktəb binası 320 şagird yerlikdir. Yeni yaradılmış üçmərtəbəli məktəbdə kimya, biologiya, fizika, informatika kabinentləri daxil olmaqla 19 sinif otağı, fizika, kimya, laboratoriyaları, idman zalı, akt zalı, kitabxana, yeməkxana, hərbi təlim, tibb otağı və həyatyanı stadion şagirdlərin istifadəsinə verilib.