Ümumi təhsil müəssisələrində vakant olan təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
Test imtahanının nəticələrinə əsasən, keçid balını toplamış 92 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır.
Qeyd edək ki, 9 sentyabr 2023-cü il tarixdə keçirilən test imtahanında namizədlərə pedaqogika və metodikadan 20 sual, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilib.