22.09.2023

Kollektiv Müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon Komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.

Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və Komitə sədrləri iştirak ediblər.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışı zamanı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib və işlərində uğurlar arzulayıb.

Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.


Açar sözlər: