Sentyabrın 14-də Qax rayon Qum kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.
Açılış mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Qax rayon üzrə təhsil sektorunun müdiri Babək Heydərov, Şəhid ailələrinin üzvləri, məktəbin müəllim və şagird kollektivi və valideynlər iştirak ediblər.
Tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.
İlk öncə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev tədbir iştirakçılarını ”Bilik“ günü münasibətilə təbrik edib. Qeyd edilib ki, təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi- texniki bazası daha da möhkəmləndirilib. Daha sonra təhsildə qazanılan uğurları və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Tədbirdə çıxış edərək Rayon İcra Hakimiyətinin başçısı Musa Şəkiliyev yeni tikilmiş məktəb binası və dərs ilinin başlanması münasibətilə hərkəsi təbrik edib və təhsil işçilərinə uğurlar arzulayıb. Daha sonra son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən bəhs edib.
Açılışdan sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, məktəb binası 264 şagird yerlikdir. Yeni yaradılmış ikimərtəbəli məktəbdə kimya, biologiya, fizika, informatika kabinentləri daxil olmaqla 14 sinif otağı, fizika, kimya, laboratoriyaları, idman zalı, akt zalı, kitabxana, yeməkxana, hərbi təlim, tibb otağı və həyatyanı stadion şagirdlərin istifadəsinə verilib.