07.09.2023

İşə qəbul üçün qeydiyyatdan keçənlərin nəzərinə!

9 sentyabr 2023-cü il tarixdə Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar, sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, laborant, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, uşaq birliyi rəhbəri, psixoloq və mühasib vəzifələri üzrə test imtahanı Şəki şəhər 11 nömrəli tam orta məktəbdə aşağıda qeyd olunmuş saatlarda keçiriləcək.

- Təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, uşaq birliyi rəhbəri :08:30-da

- Mühasib, hərbi rəhbər: 12:30-da

-Psixoloq, kitabxanaçı, kitabxana müdiri: 10:30-da

- katibə-makinaçı: 14:30-da

- Laborant, kompüter laborantı: 14:30-da

- Tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar, sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı: 14:30-da


Açar sözlər: ,