Sentyabrın 9-da Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üçün test imtahanı keçiriləcək.
Kompüter əsaslı təşkil olunacaq imtahan Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçiriləcək.
İmtahanda iştirak edəcək namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi mütləq təqdim etməlidirlər.
Qeyd edək ki, Test imtahanında namizədlərə pedaqogika və metodikadan 20 sual, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcək.
Test imtahanında sualların yarısını düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Müsahibə zamanı yoxlanılacaq meyarlar:
- Vəzifə üzrə praktiki biliklər;
- İdarəetmə bacarıqları;
- Şəxsi keyfiyyətlər;