04.09.2023

Müəssisə rəhbərləri ilə görüş keçirilib

Qəbələ rayon 5 nömrəli tam orta məktəbin akt zalında keçirilmiş görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, rayon təhsil sektorunun müdiri Arifə Bayramova və sektorun müvafiq əməkdaşları, ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə korrupsiyaya hallarının qarşısının alınması, gələcəkdə bu kimi halların baş verməməsi üçün müvafiq tədbirlərin görülməsi, yeni tədris ilinin başlanması ilə əlaqədar qarşıda duran məsələlər, şagird yerdəyişməsi, tarifləşmə cədvəllərinin hazırlanması, həmçinin məktəbəqədər təhsil müəssisələrinə qəbul, ərzaq təminatı və digər cari məsələlər ətrafında müzakirələr aparılıb.

Daha sonra müvafiq məsələlər barədə müəssisə rəhbərlərinə müəyyən tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: ,  ,  ,