05.09.2023

“Gənc müəllimlər dilimizin keşiyində” layihəsinin təlimləri keçirilib

2023-cü il sentyabr ayının 4 və 5-də “Gənc müəllimlər dilimizin keşiyində” layihəsinin Şəki şəhərində təlimləri keçirilib.

“Heydər Əliyev ili”nə həsr olunan kiçik qrant müsabiqəsinin qalibi olmuş bu layihənin ikinci təlimləri Şəki şəhərinin ümumi təhsil məktəblərində çalışan gənc Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.

Təlimlər Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.


Açar sözlər: ,