06.09.2023

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) Şəkidə gənc müəllimlərlə görüş keçirib

Şəki şəhər 10 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) rəhbəri Rüfət Əsədzadə, Şəki -Zaqatala Regional Təhsil İdarəsinin məsləhətçisi Rauf Əsədov və Şəki rayon təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər iştirak ediblər.

Görüşdən çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə gənc müəllimləri salamlayaraq AGMA haqqında, gənc müəllim platforması, onlayn kurslar barəsində ətraflı məlumat verib.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,