31.08.2023

Bir qrup müəllim üçün sertifikasiya imtahanı keçirilir

Avqustun 31-də dövlət ümumi təhsil müəssisələrində çalışan bir qrup təhsilverənlər üçün sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilir.

Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.

Qeyd edək ki, bu gün keçirilən sertifikatlaşdırma imtahanında pedaqoji stajı 3 il olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər, həmçinin sertifikasiyada könüllü şəkildə iştirak etmək istəyən yaşı 60 və daha çox olan təhsilverənlər iştirak edir. Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə gün ərzində 210-da çox ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edəcək.

Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,