Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Balakən rayonu Akademik Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbdə təşkil olunmuş "Son zəng" tədbirində iştirak edib.
"Son zəng" tədbirində Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Balakən rayonu üzrə təhsil sektorunun müdiri Elvin Mustafayev, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak ediblər.
Çıxış edənlər məzunları təbrik edib, onlara yeni həyat yollarında uğurlar arzulayıb, təhsil sahəsində qazanılmış uğurlardan, təhsilə göstərilən dövlət qayğısından söhbət açıblar.
Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.