23.06.2023

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsinin 4-cü günü

İyunun 23-də Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin gedişatını Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir Bəhruz Mehdiyev izləyib.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.

Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,