24.06.2023

Sertifikatlaşdırma imtahanlarının test mərhələsi keçirilir

İyunun 24-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün sertifikatlaşdırma imtahanlarının test mərhələsi keçirilir.

İki sessiyada təşkil olunmuş imtahanların birinci sessiyasına 323 təhsilverən dəvət olunub. Onlardan 316 nəfər təhsilverən sertifikatlaşdırma prosesində iştirak edib.

Qeyd edək ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.

Bütün müəllimlərimizə uğurlar arzulayırıq.


Açar sözlər: ,