Şəki-Zaqatala Regional Təhsil İdarəsi gələcəkdə regionun əhatə etdiyi ümumi təhsil müəssisələrində idarəetmə heyətində çalışmaq arzusunda olan pedaqoji təhsilli şəxsləri şəxsi inkişaf və karyera yüksəlişi üçün ödənişsiz olaraq “Səriştəli İdarəçi Müəllim” İnkişaf Proqramına qoşulmağa dəvət edir.
Proqramın məqsədi region məktəblərində idarəetmə performansının yüksəldilməsi və təhsilin ümumi keyfiyyətinin artırılması məqsədilə potensial namizədlərin nəzəri və təcrübi öyrənmə imkanlarını təmin edərək nəticədə müasir çağırışlara cavab verən səriştəli idarəedicilərin hazırlanmasıdır.
Müsabiqədə aşağıdakı tələblərə cavab verən şəxslər iştirak edə bilər:
• Ali pedaqoji təhsilli;
• Hal-hazırda müvafiq yerli təhsili idarəetmə orqanının əhatə etdiyi şəhər və rayonlarda yerləşən istənilən təhsil müəssisəsində çalışan;
• Davamlı olaraq minimum 3 il pedaqoji staja malik Azərbaycan Respublikasının vətəndaşları;
Proqram aşağıdakı mərhələlərdə həyata keçiriləcəkdir:
✓ Elektron müraciət üzrə sənəd qəbulu;
✓ Onlayn diaqnostik test;
✓ Onlayn təlimlər;
✓ Əyani test;
✓ Praktiki təlimlər;
✓ Müsahibə;
✓ Yekun dəyərləndirmə;
Yuxarıdakı tələblərə cavab verən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
✓ Qeydiyyat məlumatları tələblərə uyğun gələn namizədlərə 3 iş günü ərzində elektron poçtla portala giriş üçün istifadəçi məlumatları və portaldan istifadə təlimatı göndəriləcək.
✓ Namizədlər portala daxil olduqda ilk olaraq diaqnostik testdə iştirak etdikdən sonra portal üzərindən onlayn təlimlərə qoşulacaq.
✓ Hər təlim sessiyasının sonunda keçiriləcək test imtahanından müvafiq keçid balını toplamış namizəd növbəti sessiyaya keçid edə biləcək.
✓ Onlayn təlim paketini uğurla yekunlaşdıran namizədlər praktiki təlimlərə cəlb olunacaq.
✓ Praktiki təlimləri tam bitirmiş namizədlər müsahibəyə dəvət olunacaq.
✓ Ümumi mərhələlər və müsahibə nəticələrinin yekun dəyərləndirilməsinə əsasən ən yüksək nəticə göstərən namizədlər uğur sertifikatı əldə edəcək.
✓ Uğur sertifikatı əldə etmiş potensial idarəedicilər regional təhsil idarəsinin kadr bankına daxil ediləcək və rəhbər vəzifələri vakant olan ümumi təhsil müəssisələri üzrə müsabiqələrdə üstünlük əldə etmiş olacaq.