21.07.2023

Məzunlara attestatlar verilir

2022-2023-cü tədris ilində Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatlar verilir.

Attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

Regional idarə olaraq xüsusi diqqətimizdə saxlanılan məsələlərdən biri də məzun olan şagirdlərimizə dövlət təhsil sənədlərinin verilməsi prosesinin mövcud normativ qaydalar daxilində aparılması, prosesin icrası zamanı vətəndaş məmnunluğunun təmin edilməsidir. Dövlət təhsil sənədlərinin məzunlara təqdim edilməsi ödənişsiz həyata keçirilir.

Dövlət təhsil sənədlərinin məzunlara təqdim edilməsi ilə bağlı sual yarandığı təqdirdə İdarənin qaynar xətt (0507685494) nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 7584 XI siniflərini 5659 nəfər bitirib.

Məzunlarımızı təbrik edir və onlara gələcək həyatlarında uğurlar arzu edirik.


Açar sözlər: ,