Şəki şəhər 10 nömrəli tam orta məktəbin akt zalında Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin əməkdaşları Elməddin Cəfərov və Təbriz Nəsibov tərəfindən Şəki -Zaqatala Regional Təhsil İdarəsinin sektor müdirləri və əməkdaşları üçün təlim keçirilib.
Təlim müddətində Regional Təhsil İdarələrində daxili sənədlərin düzgün formada qeydiyyatı və çıxışı, ETN-dən daxil olan ərizələrə və məktublara düzgün formada cavabların hazırlanması, ETN-dən daxil olan cavablandırılmayan ərizə və məktubların düzgün formada bağlanma prosesi və digər mövzular barədə iştirakçılar məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.