25.07.2023

Məzunlarımız qızıl və gümüş nişana layiq görülüb

Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 6-sı qızıl, 4-ü gümüş nişana layiq görülüb.

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin XI sinif məzunu Ləman Yaşarlı, Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin XI sinif məzunu Rinad İbrahimxəlilli, Şəki şəhər 18 nömrəli tam orta məktəbin XI sinif məzunu Selcan İsazadə, Şəki şəhər 7 nömrəli tam orta məktəbin XI sinif məzunu Zəhra Sadıxlı, Qax şəhər 2 nömrəli məktəb-liseyin XI sinif məzunu Gülnar Mütəllibova, Oğuz rayon Tərkeş kənd tam orta məktəbin XI sinif məzunu Lena Məmmədli qızıl, Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin XI sinif məzunu Natiq Məmmədov, Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin XI sinif məzunu Aişə Hacırəsulova, Balakən rayon Qazbinə kənd tam orta məktəbin XI sinif məzunu Xizri Saxrayev, Şəki rayon Oxud kənd tam orta məktəbin XI sinif məzunu Əvəz Əhmədli isə gümüş medalla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

Məzunlarımızı təbrik edir, onlara gələcək həyatlarında daha yüksək uğurlar arzulayırıq!


Açar sözlər: