İyulun 31-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova Balakən və Zaqatala rayonlarında həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.
Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, dərs yükünün bölgüsü, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.
Müdir müavini qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.
Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə aid olan rayonlar üzrə vətəndaşlarla görüşlər davamlı olaraq keçiriləcək.